Türkiyədə Konya vilayətinin Səlcuqlu mahalında Təhsil, Mədəniyyət və Sosial Yardımlaşma Dərnəyi' adı altında fəaliyyət göstərən mərkəzə dünən gecə polis əməliyyat keçirib.
Unikal.org xəbər verir ki, polis əməliyyat çərçivəsində apardığı araşdırma zamanı məlum olub ki, dərnəyin əxlaqsız yuvası kimi fəaliyyət göstərdiyi məlum olub. Çox sayda polis tərəfindən edilən basqında əxlaqsız yuvasında Ukrayna, Gürcüstan və Qırğızstan vətəndaşı olan 6 qadın nəzarətə alınıb.
Həmçinin burada axtarışda olan 2 nəfər yaxalanıb. Türkiyədə işləmək icazələri olmayan Ukrayna vətəndaşı Suzanna Yikanlieva, Oksana Kibalka, Gürcüstan vətəndaşı Marina Kiknavelidze bacısı Katuna Kiknavelidze ilə Qırğızıstanlı Aisuluu Gurgubaeva və Olena Zinkevych Miqrasiya İdarəsində göndərilib. Mərkəzin rəhbəri Ş.E. ifadəsi alınmaq üzrə polis mərkəzinə aparıldı.