Gədəbəyin rayonun Çobankənd kəndində döyülmə hadisəsi baş verib.
Unikal.org ATV-yə istinadən xəbər verir ki, xəstəxanaya yerləşdirilən orta məktəbinin fizika müəllimi 56 yaşlı Qəhrəman Əliyev direktor Sahib Əliyev tərəfindən mübahisə zəminində döyüldüyünü bildirib. Qəhrəman Əliyevin sözlərin görə, məktəbin direktorundan onun dərs saatını artırmağı xahiş edib. Amma aralarında mübahisə yaranıb və direktor onu döyüb.
Məktəbin direktoru Sahib Əliyev isə deyir ki, müəllimin dərs saatını artıra bilməyəcəyini deyəndən sonra Qəhrəman Əliyev ona qarşı nalayiq ifadələr işlədib. Bundan sonra isə direktorla müəllim arasında mübahisə düşüb. Rayon Təhsil İdarəsindən isə hazırda hadisə ilə bağlı hüquq mühafizə orqanlarına məlumat verildiyi və araşdırmaların aparıldığı bildirildi.