Bir neçə gün bundan əvvəl Türkiyədə barəsində həbs qərarı çıxarılan Almaniya prezidenti Yoahim Qauk "Cumhuriyyət qəzetinin keçmiş rəhbəri Can Dündarı Bellevue Sarayında qəbul edib. Görüşdə prezidentin xanımı Dabiela Şadt və "Sərhədsiz jurnalistlər təşkilatından bir təmsilçi qatılıb. Can Dündar Qauka "Həbs olunduq adlı kitabının alman-dilində çap olunmuş versiyasını hədiyyə edib. Bu görüşü təşkil etməklə Almaniya bir daha Türkiyə hökumətinin qəzəbinə tuş gəlib.
Bu söz-söhbət bitməmiş Almaniya Federativ Respublikasının Xarici işlər naziri Frank-Valter Ştaynmayer Türkiyəyəyə səfərə gəlib. Səfər çərçivəsində Türkiyəli həmkarı, xarici işlər naziri Mövlut Çavuşoğlu ilə görüşüb və birgə mətbuat konfransı keçiriblər.
Unikal.org xəbər verir ki, Çavuşoğlu görüş barədə mətbuat orqanlarına məlumat verib. O bildirib ki, 15 İyul hərbi çevrilişə cəhd zamanı 246 vətəndaşımız şəhid edildi və 2 min 194 nəfər vətəndaşımız yaralandı. Bunu edənlər müəyyən edildi. Xalqımız bu çevrilişi edənlərin nə etdiyini gördü. Təbii olaraq xalqımız bunu edənləri edam edilməsini tələb etdi. Ölkə rəhbərliyi də bunu sözdə dəstəklədi. Xalqın bu duyğusunu anlamaq yerinə, Avropadan gələn qəzəbli şərhlər bizi çaşdırır. Bunlar Konstitusiyaya və hüquqa görə qərar vermir. Pensilvanyadakı özünü bütün dünyanın imamı olaraq görən xəstə adamın təlimatı üzərinə qərar verir. Hər gün bir Avropa ölkəsinin xarici işlər naziri qalxır öz başına, 'Türkiyəni NATO-dan, Avropa İttifaqına üzv olmağa dair müzakirələrdən və digər təşkilatlardan təcrid edək. Sən kimsən ki Türkiyəni bu təşkilatlardan çıxarırsan?"