İngiltərənin xalqının çimməklə bağlı çox qəribə və maraqlı faktları ortaya çıxıb.
Unikal.org atv.az-a istinadən xəbər verir ki, 1500-cü illərdə İngiltərə sakinləri ildə bir dəfə - May ayında çimirdilər. May ayında çimdikləri üçün iyun ayında bir o qədər də pis iylənmirdilər və buna görə əsasən, iyun ayında evlənirdilər. Ancaq yenə də az da olsa pis qoxumağa başladıqları üçün gəlinlər əllərində bir buket çiçəklə, qoxularını ört-basdır etməyə çalışırdılar.
1500-cü illərdə İngiltərədə hamamlar içi isti suyla doldurulmuş böyük bir çəlləkdən ibarət idi. İngilis kişiləri təmiz suyla çimmək imtiyazına sahib idilər. Ondan sonra ailənin digər üzvləri kişinin çimib, kirini tökdüyü eyni suda çimməli olurdular. Hətta su o qədər kirli olurdu ki, içində nəsə itirmək belə olurdu. İndi də ingilis dilində çox işlədilən "Dont throw the baby out with the bathwater (Hamam suyuyla birlikdə körpəni də atmayın) cümləsi 1500-cü illərin bu qəribə adətinə görə işlənir.