Müğənni Sibel Can atası Engin Cangürənin onun yaşını 6 il böyütdüyünü iddia edərək məhkəməyə müraciət edib.
Unikal.org xəbər verir ki,sənədlərdə 1964-cü il doğumlu olaraq göstərilən müğənni təvəllüdünün əslində 1970-ci il olduğunu bildirib.
"İstanbul Hüquq Məhkəməsi"ndə 1 ilə yaxındır ki, davam edən işə nəhayət bu gün hökm oxunub. İclasa qatılmayan ifaçını vəkili təmsil edib.
Məhkəmənin qərarına əsasən, Sibel Canın doğum təvəllüdü 1 avqust 1970-ci il olaraq dəyişdirilib.