Britaniyalı alim Stiven Hokinq yaxın minillikdə Qiyamətin qopacağını proqnozlaşdırıb.
Unikal.org xəbər verir ki, alim Oksford cəmiyyətində çıxışı zamanı bu fikirlərə yer verib.
Məşhur fizik əmindir ki, nüvə müharibələri, süni intellekt və genetik viruslar səbəbindən Yer planetində həyat yoxa çıxacaq. Hokinq insanları planetdən qaçmağa çağırıb. O, uzaq kosmik səfərlər üçün yüksək səviyyəli texnologiya üzərində işləməyin vacibliyini vurğulayıb.
Bundan başqa tədqiqatçı bildirib ki, son 50 il ərzində elm inkişaf edib. Bəşəriyyət isə Kainat düşüncəsinə yaxınlaşıb. Hokinq bir çox teoriyaların yaranmasında iştirak etdiyi üçün özünü xoşbəxt sayır.
Alim ümid edir ki, yaxın gələcəkdə elm adamları qravitasiya dalğalarından istifadə edərək Böyük Partlayışa baxa biləcəklər.
Çıxışının sonunda Hokinq toplantı iştirakçılarını oturub ayaqlarına baxmağa yox, başlarını qaldırıb ulduzları seyr etməyə dəvət edib.(ölkə.az)