Xəbər verdiyimiz kimi DÇ-2018-in Cənubi Amerika zonasında XII turun oyunları keçirilib. Argentina millisi isə öz meydanında Kolumbiyanın qapısından 3 cavabsız top keçirərək, ilk "beşliyə girib.
Unikal.org xəbər verir ki, digər maraq doğuran məqam oyundan sonar baş verib.
Belə ki, Argentina, Dünya Kuboku Cənubi Amerika mərhələsinin pis gedişə, Kolumbiya qarşısında son verdi. Gecənin ulduzu Lionel Messi, bütün komanda yoldaşlarıyla birlikdə mətbuatın qarşısına çıxıb. Çünki Argentinalı oyunçuların gündəmində, komanda yoldaşları Ezequiel Lavezzi olub. Futbolçu guya Argentina mətbuatının yazdığına görə, məşq sonrası narkotik istifadə edir. İddialara sərt reaksiya göstərən Argentinalı oyunçular, mətbuata müddətsiz boykot tətbiq qərarı aldı. Boykot qərarını Messi açıqladı.
"Boykot qərarı ilə əlaqədar olaraq Lionel Messi deyib ki, bundan sonra mətbuata danışmamaq qərarını verdik. Niyə belə bir qərar verdiyimizi sizin də təxmin etdiyinizi düşünürəm. Bu günə qədər bir çox böhtanlarla qarşılaşdıq. Ağır tənqidlər aldıq. Ancaq bütün tənqidlərə hörmətlə yanaşdıq; cavab vermədik. Bir çox mətbuat mənsubunun bizə hörmətlə yaxınlaşdığını bilirik. Amma inciməyin bundan sonra mətbuata açıqlama verməyəcəyik. Ancaq artıq sərhəd aşıldı. Lavezzinin narkotik istifadə iddialarına güclü bir cavab vermək məcburiyyətindəyik.