Sabirabad rayonunda su kanalında batan 20 yaşlı gəncin meyiti tapılıb.

"Unikal" xəbər verir ki, Qaragüney kənd sakini, 2005-ci il təvəllüdlü Musayev Səfərağa Elşən oğlunun boğulduğu kanala Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunublar.

Ötən gündən başlayaraq aparılan axtarışlar nəticəsində suda boğulan gəncin meyiti batdığı yerdən 15-16 kilometr aralıda tapılıb, bu gün saat 16:00 radələrində aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.