“Neftçi” klubu daha bir futbolçu ilə vidalaşıb.
"Unikal" xəbər verir ki, Syerra Leonedən olan yarımmüdafiəçi Alfa Konte ilə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib.
Qeyd edək ki, 2024-cü ilin yanvarında transfer olunan Konte “Neftçi”nin heyətində 25 rəsmi oyunda meydana çıxıb.