Qazaxda iki avtomobil toqquşub.
"Unikal"ın məlumatına görə, hadisə rayonun Ağköynək kəndi ərazisində qeydə alınıb. Belə ki, hadisə nəticəsində iki avtomobil toqquşub, qəza zamanı bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov