"Turan Tovuz" heyətinə yeni qapıçı cəlb edib.

"Unikal" xəbər verir ki, bölgə təmsilçisi Tacikistan millisinin qolkiperi Oleq Baklovun keçidini rəsmiləşdirib.

Məlumata görə, onunla 2 illik müqavilə imzalanıb.

Oleq Baklov son olaraq Rusiyanın "Ufa" klubundan çıxış edib.