Perunun paytaxtı Limada güclü yanğın nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb.
Unikal.org-un "Sputnik agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə polis nümayəndəsi bildirib.
Bundan əvvəl 4 nəfərin öldüyü, 13 nəfərin itkin düşdüyü bildirilirdi.
Hadisənin səbəbləri barədə hələlik açıqlama verilmir.
Yanğın baş verən "Lacromar ticarət mərkəzi noyabrın 19-20-də Limada prezidentlər səviyyəsində keçiriləcək beynəlxalq sammit iştirakçılarının qalacaqları otellərin yaxınlığında yerləşir.