"Budo döyüş növləri üzrə dünya və Avropa çempionu Elgün Xanoğlanlı Azərbaycandan getdi.
Bu barədə Unikal.org-a idmançı özü məlumat verib.
Hazırda ABŞ-da yaşayan idmançımız bildirib ki, bundan sonra sözügedən ölkənin adından yarışlarda təmsil olunacaq:
"Zəhmətimin və keçirdiyim ağır döyüşlərin hesabına Azərbaycanın bayrağını yetərincə dalğalandırdım. Amma təssüflər olsun ki, mənə sahib çıxan olmadı. Maddi durumum çox aşağı səviyədə idi. Aldığım travmaların hesabını az qala öz cibimdən ödəyirdim. Mənə öz imkanları daxilində yalnız Azərbaycan Budo Döyüş Növləri Federasiyasından (ABDNF) prezidenti Faiq Rəfiyev dəstək olurdu.
Amma mən şəxsən Gənclər və İdman Nazirliyindən, doğulub boya-başa çatdığım Füzulu rayonun rəhbərliyindən bu dəstəyi gözləyirdim.
Təssüflər olsun ki, diqqətdən kənar qaldım. Şükürlər olsun ki, təmsil etdiyim idman növü üzrə ABŞ mənə sahib çıxdı. Dayanmadan məşqlər edirəm.
İnanıram ki, bundan sonra təmsil etdiyim ABŞ dövlətini Azərbaycanımız kimi layiqincə təmsil edəcəyəm. Artıq döyüşmək üçün xeyli təkliflər də almışam və dəyərləndirmələr gedir. İnşallah uğur qazanacağıma inanıram.