Moldovanın İstanbuldakı baş konsulu Vyaçeslav Filip Kişinyov hava limanında saxlanılıb.
Unikal.org az.azvision.az-a istinadən xəbər verir ki, Filip rüşvət almaqda şübhəli bilinir.
Məlumata əsasən, baş konsulun saxlanılması üzrə əməliyyatı antikorrupsiya prokurorları ilə İnformasiya və Təhlükəsizlik Xidmətinin nümayəndələri birgə keçiriblər.
Moldova polisi onun evində axtarışa başlayıb.