Aprel hadisələri Dağlıq Qarabağ münaqişəsində hazırkı status-kvonun qeyri-stabil olduğunu göstərdi.
Unikal.org-un "RİA Novosrtiyə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Bricit Brink bildirib.
"Biz həqiqətən hesab edirik ki, status-kvo qeyri-sabitdir, - deyə Brink ABŞ-ın İrəvandakı səfirliyində jurnalistlərlə görüşündə bildirib.
O, etimad tədbirlərinin möhkəmləndirilməsi, danışıqların bərpa edilməsi istiqamətində iş aparılmasının vacib olduğunu qeyd edib: "Münaqişənin nizamlanması Ermənistan üçün də müsbət olacaq.