Türkiyə birjasında dollar bahalaşmaqda davam edir.

Unikal.org-un "Milliyetə istinadən verdiyi məlumata görə, günə 3.32 ilə başlayan dollar/TL FED-in rəhbəri Janet Yellenin faiz dərəcələrinin artma ehtimalı ilə bağlı bəyanatından sonra axşam saatlarında 3.3500 səviyyəsinə yüksələrək tarixi rekord qırıb.

Xatırladaq ki, noyabrın 17-də Türkiyədə dollar 3.3250 lirə səviyyəsinə çataraq rekord qırmışdı.