Frane Selaki 7 dəfə təhlükəli qəzadan sağ-salamat çıxmağı bacarıb. Hətta bir dəfə lotoreyada yüksək məbləğdə pul da udub.
Unikal.org xəbər verir ki, məhşur xorvat dirijor dünyanın ən xoşbəxt adamı sayıla bilər. Belə ki, 83 yaşlı Frane 50 il bundan öncə onun da getdiyi qatar relsdən çıxaraq buzlu suya düşüb və o, sağ qalıb.
Bir il sonra onun uçduğu təyyarənin qapısı qəflətən açılıb və sərnişinlərin bir neçəsi yerə düşüb. Təkcə Frane heç bir xəsarət almadan sağ qalıb.
Üç il sonra onun getdiyi avtobus yoldsan çıxaraq çaya düşüb və o yenə də heç bir zədə almadan salamat qalıb.
Bir neçə il sonra onun maşını qəflətən alışıb və o, maşının partlamasına bir neçə saniyə qalmış özünü maşından çölə ata bilib.
Daha sonra onun idarə etdiyi maşının nasosunda yaranan nasazlıq nəticəsində maşının salonu alışıb və Franenin yalnız saçları yanıb.
1995-ci ildə onu avtobus vurduqdan sonra heçnə olmamış kimi ayağa qalxaraq yoluna davam edib.
Bir neçə il sonra isə bir neçə saniyə qabaq o, özünü maşından ataraq dərədə bitən şam ağaclarının budaqlarına ilişərək sağ qalıb.
Bədbəxt hadisələr silsiləsindən qurtulan Frane bəxtini başqa sahədə sınamaq qərarına gəlir. İlk aldığı lotoreya biletindən bir milyon dollar pul udur. Dirijor həmin pula bir ada, bir maşın alıb və ailəsi ilə xoşbəxt həyat sürür.