Avropa İttifaqı Şurası Ukrayna üçün vizasız rejimi bəyənib.
Unikal.org UNİAN agentliyinə istinadən xəbər verir ki, qərar Avropa İttifaqına üzv dövlətlərin daimi nümayəndələrinin komitəsi tərəfindən qəbul edilib və Avropa İttifaqı Şurasının saytında dərc olunub.
Viza 180 gün ərzində 90 gündən çox olmayan müddət üçün verilir. Vizasız rejim azad şəkildə Şenqen ölkələrinə səyahət etməkdir. Şenqen zonasına Avropa İttifaqının 22 ölkəsi, Avropa İttifaqına 4 üzv olmayan və Şengenə 4 namizəd ölkə daxildir.
Şengenə üzv ölkələr: Avstriya, Belçika, Almaniya, Danimarka, İspaniya, Estoniya, İtaliya, Latviya, Litva, Lüksemburq, Malta, Hollandiya, Polşa, Portuqaliya, Yunanıstan, Fransa, Sloveniya, Slovakiya, Macarıstan, Finlandiya, İsveç, Çexiya.
Üzv olmayan ölkələr: İslandiya, Lixtenşteyn, Norveç və İsveçrə.
Şengenə namizəd ölkələr: Bolqarıstan, Kipr, Rumıniya, Xorvatiya.