ABŞ və Perunun hüquq-mühafizə orqanlarının Limada keçirdikləri əməliyyat nəticəsində 30 milyon saxta dollar və 50 min saxta avro aşkar edilib.
Unikal.org report-a istinadən xəbər verir ki, bu haqda ABŞ-ın saxta pul və kibercinayətə qarşı mübarizə aparan Gizli Xidməti bildirib.
İnformasiyaya əsasən, bu məbləğdə saxta dolların aşkarlanması rekord rəqəm sayılır.
"Sunset" ("Qürub", "Günəşin batması") adlı əməliyyatda Perunun min beş yüz polis əməkdaşı iştirak edib. Axtarış aparmaq üçün onların əlində 54 order olub.
Xəbərə görə, axtarış-əməliyyat nəticəsində 48 nəfər həbs edilib.