"Qlazqo Reyncers"in yarımmüdafiəçisi Co Barton mərc oyunlarına pul qoyuluşu etməkdə günahkar bilinərək, cəzalandırılıb.
Unikal.org apasport.az-a istinadən xəbər verir ki, Şotlandiya Futbol Federasiyası bu barədə açıqlama yayıb.
Bildirilib ki, o, bu ilin iyulundan sentyabr ayına qədər 44 oyuna pul qoyuluşu edib. Şotlandiya qanunlarına görə, klub rəsmilərinin, oyunçularının və baş məşqçilərinin totalizatorlara pul qoyuluşu etməsi qadağandır.
İngilis futbolçu bir oyunluq cəza alıb. Bundan bir həftə əvvəl isə klubu da onunla olan müqaviləyə xitam verib.
Qeyd edək ki, karyerası ərzində "Mançester Siti", "Nyukasl", "Olimpik" (Marsel) kimi klublarda çıxış etmiş Bartonun son klubu "Bernli" olub. O, 2016-cı ilin mayında "Qlazqo Reyncers"ə keçsə də, cəmi 8 oyunda meydana çıxa bilmişdi.