ATV-nin aparıcısı Turan İbrahimov və vizajist Nərmin İbrahimovanın ailə qurmasından 8 il ötür.

Unikal.org-un məlumatına görə, Nərmin bununla bağlı təəssüratlarını sosial şəbəkədə bölüşərək, xoşbəxt olduğuna görə həyat yoldaşına təşəkkür edib:

"Bu gün toyumuzun 8 ili tamam olur. Vaxt necə keçir inana bilmirəm. Allah bütün ailələri qorusun, xoşbəxt etsin. Çox xoşbəxt qadınam və anayam ki, Turan kimi həyat yoldaşım var. Çox sağ ol, hər zaman yanımdasan, arxa-dayağımsan. Səni sevirəm, neçə belə illərə.

Qeyd edək ki, cütlüyün Ömər adlı bir oğlu var.