Parkda yaşayan qoca kişinin hesabından çıxan pul hamını şoka salıb.
Unikal.org türkiyə mətbuatına istinadən xəbər verir ki, Adanadakı evinin sökülmə qərarından sonra 90 yaşlı Səbri Baran parkda yaşamağa başlayıb.
Əl barmaqları olmayan Səbri Baranın küçədə qalma xəbərləri yayıldıqdan sonra Adana valisi Mahmud Demirtaş yaşlı adama sahib çıxılması üçün təlimat verib. Yaşlı adam yaşadığı parkdan xəstəxanaya aparıldıqdan sonra "Adana Qocalar evinə" yerləşdirilib. Yaşlı kişinin bank hesabından 90 min lirə və 3 min 500 dollar pul çıxıb.