Türkiyəli məşhur Acun İlıcalı Azərbaycandan təklif alıb.
Unikal.org-un xəbərinə görə, "Səs Yunanıstan layihəsi ilə səs-küy yaradan "TV 8in rəhbəri növbəti hədəfinin İngiltərə və Almaniya olduğunu açıqlayıb. O bildirib ki, əcnəbiləri ekran başına yığan türk olmaq istəyir.
İlıcalının 1,5 ildir üzərində çalışdığı "Səs Yunanıstan layihəsinin ilk bölümü "Skai TVdə yayımlanıb. Afinada baş tutan kokteyldə münsiflər Elena Paparizu, Sakis Ruvas, Kostis Maraveyas və Panos Mouziurakislə birlikdə media nümayəndələrinin qarşısına çıxan Acun layihələrindən danışıb.
"Yunanları ekran başına yığan türk olmaq istəyirəm. Bu qüruru yaşamağı arzulayıram deyə, Acun bildirib.
Xaricdə yayımlanan türk serialları qədər məşhur olmağı arzulayan İlıcalı Rumınya və Azərbaycandan təklif aldığını açıqlayıb:
"Aparıcı və ya idarəçi kimi performansımı yox, prodüserlikdəki bacarığımı göstərməyə çalışıram. "Efirdə olum deyə bir iddiam yoxdur, heç vaxt da olmadı.