"Çobanlığı sadə başa düşməyin"
Unikal.org xəbər verir ki, bu fikirləri Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğan "Milli Kənd Təsərrüfatı Layihəsi" konfransında çıxışı zamanı deyib.
O bildirib ki, peyğəmbərlərin peşəsi olan əkinçilik və çobanlıq ölkədə lazım olan mövqeyə gətirilməlidir: "Çobanlıq deyib yüngülə almayın. Çobanlığı fəlsəfəsini, psixologiyasını anlamayan insan idarə edə bilməz. Mən də bir çobanam" -deyə prezident qeyd edib.
Qeyd edək ki, Türkiyə dövlət başçısnın bu fikirləri sosial şəbəkələrdə geniş müzakirə olunub.