ARB TV-də yayımlanan "Gəlin danışaq verilişində qonaq olan xalq artisti Flora Kərimova qızının taleyindən danışıb.

Unikal.org-un məlumatına görə, xalq artisti qızı Zümrüdün hazırda ondan uzaqda olduğunu deyib:

"Qızım ayrılanda məndən xəbərsiz etdi. Zəng vurdu ki, sənədlərimi göndər. Şübhələndim ki, boşanırsınız? Dedi, yox, ev alırıq, ona lazımdır. Amma ana hissləri aldatmır. Neçə illər qızımdan arxayın idim ki, uzaqdadır, amma yoldaşı yanındadır. İndi təkdir. Amma mən övladımın ağlından, namusumdan arxayınam. Qızım üçün çox darıxıram. Nə yaxşı ki, "whatsapp var. Hər gün səhər oyanan kimi ilk ona yazıram. Onun vasitəsiylə bir-birimizdən hər dəqiqə xəbər tuturuq.

Mahnılarından danışan F.Kərimova ifa etdiyi musiqilərin əksəriyyətinin öz taleyindən olmadığını deyib:

"Bu mahnıların heç birini özümünküləşdirmədim. Ancaq başqalarının taleyini oxudum. Yalnız "Yoxluğunu bilə-bilə, İlahi, "Əzizim mahnıları mənim həyatım idi. Qızımın atasını itirəndə elə bildim uşaqlarımı ayağa qaldıra bilməyəcəm. Onun qoyduğu sərvəti xərcləməyə qorxurdum ki, övladlarım dayaqsız qalar. O öləndə elə bildim sütunumu itirdim.