Türkiyə Böyük Millət Məclisində zorlanma hadisəsindən sonra qurban və cinayətkarın evlənməsi barədə qanun təklifinin təsdiqlənməsi mübahisələr yaradıb.
Unikal.org-un türkiyə mətbuatına istinadən məlumatına görə, Cinayət Məcəlləsinə əlavə olunması müzakirə edilən "zorlayan şəxsə qurbanı ilə evlənərək cəzadan xilas olmaq imkanı verilir" cümləsi məşhurların da etirazına səbəb olub.
Burçin Terzioğlu:
"Ölkə "ən pis halda evlənərəm" deyib ortada gəzən manyaklarla dolacaq. Bir az vicdan... İmza atmağa necə əlin gəldi?"
Berna Laçın:
"13 yaşlı uşaqları evləndirməyə çalışmaq, kabusu sonsuza qədər uzatmaq, zərər çəkməyi alın yazısı etməkdir".
Demet Akalın:
"Övlad böyüdən, qohum uşağı olan hər kəs buna etiraz etməlidir".
Ayça Varlıer:
"İnkişaf edən bir toplumuq? Mədəni qanunların aradan götürülməsi tələbi ilə orta əsrlərə doğru gedirik".
Cem Davran:
"Bu dövrda danışdığımıza bax. Azacıq vicdan belə bəsdir..."
Nurgül Yeşilçay:
"Bu manyaklığı düşünmək utandırarkən, danışmaq, təsdiqləmək mümkün olan bir şey deyil".
Merve Büyüksaraç:
"Bu gün Türkiyə tarixinə qara bir ləkə kimi qalacaq!!! Lənət olsun! Biz qızlarımızı onlara göz qoyan kişilərdən necə qoruyacağıq?"
Qeyd edək ki, hakim "AK Parti" tərəfindən irəli sürülən təklif MHP və CHP-nin sərt etirazına səbəb olub. Təklif ilk səsvermədə qəbul edilib. TBMM-də açıq səsvermə tələbindən sonra yetərli 184 səsi ala bilməyən təklifə gələn həftə yenidən baxılacaq.