Beynəlxalq alimlər qrupu belə bir nəticəyə gəliblər ki, selfi çəkən zaman baş vermiş ölüm hadisələrin böyük hissəsi Hindistanda baş verir.
Bu cür ölümlərin əsas səbəbi isə yüksəklikdən yıxılmadır. Sosial şəbəkələrin və müasir smartfonlarda olan ön kameraların inkişafı sayəsində günümüzdə insanların demək olar ki, hamısı selfi tərzli fotolar çəkdirirlər. Lakin çox zaman effektli selfi foto çəkmək üçün bir çoxları yüksək yerlərə çıxaraq özlərini təhlükəyə atırlar. Karnegi-Mellon Universiteti və Hindistanın tədqiqat təşkilatlarının alimləri selfi çəkən zaman ölüm baş vermiş hadisələr haqqında xəbərləri yayan saytları analiz ediblər. Bu halda selfi çəkən zaman baş vermiş ölümlər və həmin anda ölümdən qaçmaq ehtimalı olan hadisələrin əks olunduğu xəbərlər analiz olunub. Xəbərlərin doğruluğunun yüksək olması səbəbi ilə analiz prosesinə yalnız "Alexa analitik şirkətin reytinqinə daxil olan dünyanın 5000 nüfuzlu saytı daxil olub.
Nəticələr onu göstərib ki, bu cür halda baş vernmiş ilk ölüm xəbəri 2014-cü ilin Mart ayında yayımlanıb. Həmin vaxtdan selfi çəkən zaman 127 ölüm hadisəsi baş verib. Onlardan 76-ı isə Hindistanda qeydə alınmışdır. Siyahıdakı sonrakı yerlərdə Pakistan (9 ölüm hadisəsi), ABŞ (8 ölüm hadisəsi) və Rusiya (6 ölüm hadisəsi) qərarlaşıb. Selfi çəkən zaman daha çox (75.5% halında) 24 yaşa kimi olan qadın və kişilər həyatlarını itiriblər. Bu cür hallardan 16-da həyatlarını itirmiş insanların sayı iki nəfər qalanlarında isə 7 nəfər olub. Selfi zamanı daha çox ölüm səbəbi yüksəklikdən düşmə olub. Səbəb siyahısında daha sonra suda batma, yüksəklikdən düşərək suda batma, qatar altına düşmə, silahla diqqətsiz davranma, yol qəzaları və heyvanların hücumları kimi hallar durur.
Unikal.org həyatı təhlükə yaradan "selfi" çəkilən fotoları təqdim edir: