Hollivud istehsalı olan televiziya seriallarında və filmlərdə tol alan aktrisa Liza Linn Masters intihar edib.

Unikal.org xəbər verir ki, 52 yaşlı Liza modellik səyahəti üçün getdiyi Peruda otellərdən birinin otağında özünü asıb.

Aktrisanın cənazəsinin ABŞ-a gətirilməsi üçün "GoFundMe" saytında yardım kampaniyası başladan bir dostu bildirib ki, Lizanın əri Uilyam Bruks xəbəri eşidən kimi şok keçirib.

L.L.Mastersin intihar etdiyi otaqda psixi problemlərinin olduğunu bildirən iki məktubu tapılıb.

Qeyd edək ki, məşhur aktrisa "Gossip Girl", "Unbreakable Kimmy Schmidt", "Ugly Betty", "Law& Order: Special Victims Unit" kimi reytinqli seriallarda rol alıb.