Aktyor Murad Yıldırım Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğana təşəkkür edib.
Unikal.org-un türkiyə mətbuatına istinadən məlumatına görə, prezident Muradın nişanlısı İmaneyə "Quran-i Kərim" hədiyyə göndərib. Murad İnstaqramda hədiyyənin fotosunu paylaşaraq yazıb:
"Prezidentim, mənə mənəvi atalıq etdiniz, sonra da ən gözəl hədiyyə olan bu "Quran-i Kərim"i xanımım üçün göndərdiniz... Sizə təşəkkür edirəm".
Xatırladaq ki, bir müddət əvvəl Ərdoğan "Facetime ilə El Baninin ailəsiylə görüntülü şəkildə danışıb.
Prezident mərakeşli gözəli Murat üçün ailəsindən istəyib.