Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Bakı şəhərində 2017-ci ildə voleybol üzrə qadınlar arasında Avropa çempionatının final mərhələsinin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. 2017-ci ilin sentyabr-oktyabr aylarında Bakı şəhərində voleybol üzrə qadınlar arasında Avropa çempionatının final mərhələsinin keçirilməsi ilə bağlı aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılsın:
Təşkilat Komitəsinin sədri
Yaqub Eyyubov - Azərbaycan Respublikası Baş nazirinin birinci müavini
Təşkilat Komitəsinin üzvləri
Hacıbala Abutalıbov - Bakı şəhər İcra Hakimiyyətinin başçısı
Fatma Abdullazadə - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri
Azad Rəhimov - Azərbaycan Respublikasının gənclər və idman naziri,
Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti
Cavid Qurbanov - "Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədri, Azərbaycan Voleybol Federasiyasının prezidenti
Elmar Məmmədyarov - Azərbaycan Respublikasının xarici işlər naziri
Ramil Usubov - Azərbaycan Respublikasının daxili işlər naziri
Kəmaləddin Heydərov - Azərbaycan Respublikasının fövqəladə hallar naziri
Samir Şərifov - Azərbaycan Respublikasının maliyyə naziri
Mikayıl Cabbarov - Azərbaycan Respublikasının təhsil naziri
Ziya Məmmədov - Azərbaycan Respublikasının nəqliyyat naziri
Oqtay Şirəliyev - Azərbaycan Respublikasının səhiyyə naziri
Əbülfəs Qarayev - Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri
Ramin Quluzadə - Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri
Mədət Quliyev - Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi
Elçin Quliyev - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi
Cahangir Əsgərov - "Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinin prezidenti
Balababa Rzayev - "Azərişıq Açıq Səhmdar Cəmiyyətinin sədri
Çingiz Hüseynzadə - Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti
Ağacan Abiyev - Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin Baş katibi
Faiq Qarayev - Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti
2. Bu Sərəncamın 1-ci hissəsi ilə yaradılmış Təşkilat Komitəsi 2017-ci ildə voleybol üzrə qadınlar arasında Avropa çempionatının final mərhələsinin Bakı şəhərində keçirilməsinə dair Tədbirlər Planını hazırlayıb həyata keçirsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin".