Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin sponsorluğu ilə noyabrın 22-dən 27-ə qədər "Bakı-Türk Filmləri Həftəsi" keçiriləcək.
Unikal.org xəbər verir ki,Türkiyənin Azərbaycandakı səfirliyindən verilən məlumata görə, festival çərçivəsində məşhur rejissorların filmləri ilə yanaşı, kinosevərlər arasında xüsusi populyarlıq qazanan ekran işləri də nümayiş olunacaq.
Eyni zamanda uşaq bağçalarında TİKA ve Yunus Emrə İnstitutunun təşəbbüsü ilə "İksir adlı cizgi film də göstəriləcək.
Türk filmləri həftəsi çərçivəsində Bakıya türkiyəli aktyor və rejissorlarla yanaşı Türkiyə Prezidentinin Baş müşaviri Yalçın Topçu və millət vəkilləri də gələcək.