Bu gün milli komandaların UEFA reytinqinin yeni siyahısı açıqlanıb.

Unikal.org xəbər verir ki, qitənin 55 komandasının yer aldığı siyahıda millimiz ötən ayla müqayisədə 1 pillə geriləyib.

Xal hesabı 16701 olan komandamız 39-cu yerə enib.

DÇ-2018-in seçmə mərhələsində səfərdə Şimali irlandiyaya uduzması (0:4) millimizin geriləməsinə səbəb olub.

Millimizin rəqiblərindən Almaniya zirvədəki yerini qoruyub.

Çexiya 1 pillə yüksəlib və 23-cü yerdə qərarlaşıb. Şimali İrlandiya da 1 pillə irəliləyərək 26-cı yerə yüksəlib. Norveç 1 pillə geriləyərək 32-ci yerə düşüb. San Marino isə 54-cüdür.