Prodüser Tarix Əliyev (Tolik) "İnstaqram" səhifəsində xalq artisti Aygün Kazımova və müğənni Natavan Həbibi ilə bağlı maraqlı video paylaşıb.
Unikal.org xəbər verir ki, Tolik hər iki sənətçini barışdırmaq və konsertini təşkil etmək istəyir:
"Yeni A-trio Aygün Kazımova, Natavan Həbibi və mən. Bilirsiniz nə istəyirəm? 2017-ci ildə A. Kazımova ilə N. Həbibinin bir yerdə konsertlərini təşkil edim. Məncə mənə yox deməzlər, inanırsınız necə maraqlı olar".
Natavan isə qarşılığında : "Bir şərtlə, o konsertdə sən çıxıb belə oynamalısan, təsəvvür elə"- yazıb.
Tolik isə cavabında deyib ki, "Siz təki barışın, mən oynayaram. Söz verirəm".