Qobustan qəsəbəsi massiv 8-də yaşayan Şahin Babayevin 2 aylıq qızı bədbəxt hadisə nəticəsində vəfat edib.
Unikal.org "Qafqazinfo"ya istinadən verdiyi xəbərə görə, bu ilin yanvarın 3-də dünyaya göz açan Bahar bir neçə gün öncə evdə beşiyindən yıxılıb.
Körpə, kəllə-beyin travması ilə Nevrocərrahiyə xəstəxanasına yerləşdirilib. Xəstəxanada bir həftə müalicə olunduqdan sonra orada vəfat edib.
Qaradağ rayon prokurorluğunda araşdırma aparılır.