"Ərimin ikinci arvadıyam. O, birinci həyat yoldaşından boşanmayıb, mənimlə kəbini var" açıqlaması ilə gündəmə gələn, hamiləliyi ilə gündəmdən düşməyən müğənni Şəbnəm Tovuzludan "İnstaqram" səhifəsində yeni fotolarını paylaşıb.
Unikal.org xəbər verir ki, 6 aylıq hamilə olan ifaçının "gəlinlik" mağazasında olan görüntüləri izləyicilər tərəfindən maraqla qarşılanıb.