Müştərilərindən biri Mişel Obama olan fransalı modelyer Sofi Tele ABŞ-ın yeni birinci xanımı Melaniya Trampla işləməkdən imtina edib.
Unikal.org-un məlumatına görə, müvafiq bəyanat açıq məktubda Sofinin Twitter səhifəsində yerləşdirilib.
""Sophie Theallet brendi diskriminasiya və ayrı-seçkiliyə qarşıdır (...) Bu ölkədə miqrant olmağıma baxmayaraq mən öz arzularımı həyata keçirdim. Birinci xanım Mişel Obamanı səkkiz il ərzində geyindirmək mənim üçün şərəf idi, - dizayner yazır.
Tele həmçinin qeyd edir ki, "fərdi azadlığa və digər insanların həyat tərzinə hörmət ilə yanaşan bir insan kimi o gələcək dövlət başçısının xanımı geyindirmək və onunla əməkdaşlıq etmək niyyətində deyil.
"Onun həyat yoldaşının seçki qabağı təşviqatda dini irqçilik və ksenofobiya ilə bağlı ifadələri bizim həyat dəyərlərimizə ziddir, - Sofi Tele bəyan edib.(oxu.az)