"International SOS və "Control Risks şirkətlərinin analitikləri hər il turistlərin təhlükəsizliyi baxımından dünya ölkələrinin xəritəsini hazırlayırlar.
Unikal.org xəbər verir ki, sorğuya əsasən, turistlər ən qorxulu problemi terror hücumlarında görürlər (71%). Zika virusuna yoluxma riski səyahətçilərin 49%-ni, vətəndaş müharibəsi -” 46%-ni, yol qəzaları və tibbi yardımın aşağı səviyyəsi isə turistlərin cəmi 15%-ni narahat edir.
2017-ci ilə hazırlanan xəritədə ən təhlükəli ölkələrin siyahısına (qırmızı rəngdə) Əfqanıstan, Burkina-Faso, Haiti, Qayana, Qvineya Respublikası, İrak, Yəmən, Liviya, Niger, Şimali Koreya, Suriya, Somali, Syerra-Leone, Mərkəzi Afrika Respublikası və Cənubi Sudan daxil edilib.
Ukrayna da daxil olmaqla Şərqi Avropada vəziyyət normal qiymətləndirilib (sarı rəng); yeganə qeyri-sabit "ada -” Kosovodur.
Azərbaycan, Rusiya, Keniya, bir sıra Asiya və Cənubi Amerika ölkələri bənövşəyi rənglə qeyd olunub: xəritə tərtibatçılarının fikrincə bu ölkələrdə təhlükəsizlik və səhiyyə xidmətinin səviyyəsi regiondan asılı olaraq dəyişir.

Təhlükəsizlik məsələləri ən yüksək səviyyədə (yaşıl rəng) ABŞ, Kanada, Avstraliya, CAR, Yaponiya və Qərbi Avropada təmin olunub.