"Cevapsız çınlama" mahnısı ilə məşhurlaşan 16 yaşlı müğənni Aleyna Tilkinin Diyarbakırdakı konsertində bədbəxt hadisə yaşanıb.
Unikal.org-un xarici KİV-ə istinadən məlumatına görə, restoranda baş tutan konsertə gələn bir nəfər əldəqayırma partlayıcı ilə qonaqlara hücum edib. Tilkini dinləməyə gələn 6 nəfər yaralanıb.
Hadisədən sonra açıqlama verən Aleynanın meneceri Melek Sarıgil partlama zamanı müğənninin yaralanmadığını deyib. Hücumu məkana girə bilməyən bir neçə adam gerçəkləşdirib.
Partlama zamanı məkanın şüşələri də sınıb.