Hindistanda qatarın qəzaya uğraması nəticəsində 60 nəfər ölüb, 150 nəfər xəsarət alıb
Hindistanın şimalında sərnişin qatarının 14 vaqonunun relsdən çıxaraq aşması nəticəsində ölənlərin sayı 60-a çatıb, 150 nəfər xəsarət alıb.

Bu barədə "Frans Pressə Kanpur şəhərinin polis rəisi Zəki Əhməd bildirib.
İnsident Pukrayan şəhəri yaxınlığında baş verib. Qəzanın səbəbi hələlik məlum deyil. Qəzanın relsin sınması nəticəsində baş verməsi istisna olunmur.

**** 

07.23
Hindistanın şimalında qatarın relsdən çıxması nəticəsində 24 nəfər ölüb, azı 100 nəfər xəsarət alıb. 

Məlumata görə, insident Pukrayan şəhəri yaxınlığında qeydə alınıb. Hadisə yerinə çoxlu sayda xilasedicilər və həkimlər cəlb olunub.
Qəzanın səbəbi hələlik məlum deyil.