Braziliya məhkəməsi Neymarın və ailəsinin vergidən yayınması ilə bağlı məsələnin mətbuata sızdırılmasında futbolçunun lehinə qərar çıxarıb.
Unikal.org goal.az-a istinadən xəbər verir ki, qarşı tərəf qismində çıxış edən ölkə hakimiyyəti Neymara 20 min avro təzminat ödəməlidir. Bundan başqa, onun valideynlərinə 14 min, vəkil xidmətindən istifadə etdiyinə görə 5 min avro ödənilməlidir. Məhkəmə müəyyən edib ki, media sözügedən işlə bağlı məxfi sənədlərə vaxtından tez yol tapıb. Qeyd edək ki, "Barcelona"nın futbolçusu 2011-13-cü illərdə vergidən yayınmaqda ittiham olunurdu.