İstanbul Baş Prokurorluğu 15 iyul dövlət çevrilişinə cəhddə ittiham olunan hərbçilərin istintaqını yekunlaşdırıb.
Sabiha Gökçən Hava Limanını ələ keçirməyə cəhd edən 62 hərbçi haqda hazırlanan 189 səhifəlik iddianamə məhkəməyə göndərilib.
Hərbçilər konstitusiyanı pozma, dövlət qurumuna və hökumətə qarşı çıxma, silahlı təşkilata üzv olma maddələri ilə təqsirləndiriliblər.
Prokurorluğun iddianaməsi məhkəmədə qəbul olunarsa, qiyamçılar ömürlük azadlıqdan məhrum ediləcəklər.