Türkiyənin Ordu vilayətində yaşayan 85 yaşlı üçüz qadınlardan biri vəfat edib.
Unikal.org "İxlas" xəbər agentliyinə istinadən xəbər verir ki, Həcər, Əmriyyə və Hayriyyə Sarı bacılarından sonuncusu xəstəxanada vəfat edib.
Qeyd edək ki, Türkiyədə məşhur olan qadınlar doğulandan birgə yaşayıblar. Onlar ölkədə bir çox verilişlərin mütəmadi olaraq qonağı olub. Bir müddət əvvəl isə Türkiyənin birinci xanımı Əminə Ərdoğan ahıl bacılara ev bağışlamışdı.