Angela Merkel 2017-ci ildə Almaniya kansleri postuna namizədliyini irəli sürəcəyini rəsmən bəyan edib.
Unikal.org-un Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, o, bu barədə Berlində jurnalistlərə verdiyi açıqlamada bildirib.
Qeyd edək ki, Almaniya tarixində 4 dəfə kansler postunu tutmaq Helmut Kola nəsib olub. H. Kol 1982-1998-ci illərdə kansler olub. A. Merkel isə 2005-ci ildən kansler postunu tutur.