ABŞ prezidenti Donald Tramp "Ağ Ev"ə tək köçəcək.
Unikal.org-un xarici KİV-ə istinadən məlumatına görə, buna səbəb prezidentin 10 yaşlı oğlu Berronun təhsil almasıdır. Nyu-Yorkda məktəbdə oxuyan Berron təhsilini yarımçıq qoymaq istəmir.
Odur ki, onun Nyu-Yorkda tək qalmaması üçün Melaniya da Vaşinqtona köçməyəcək.
Trampın ailəsinin Vaşinqtona ilin sonunda, məktəb qurtaranda gedəcəyi bildirilir.