Türkiyə Milli Məclisində təcavüzlə bağlı cəzalara dəyişiklik edilməsi təklif olunub.
Unikal.org "Sözcü"yə istinadla bildirir ki, təklifdə bildirilib ki, əgər təcavüz edən şəxs zorladığı qızla evlənsə, cəza almaya bilər.
Bu təklif Türkiyədə geniş müzakirələrə səbəb olub. Bu müzakirələrə məşhurlar da qatılıblar. Məsələyə reaksiya verənlər arasında məşhur müğənni Bülent Ersoy da olub. O, Edirnədə verdiyi konsertdən sonra jurnalistlərə deyib:
"Qanunları çox da yaxşı anlamıram. Amma, məsələn, kimsə məni zorladı. Mən o insandan həzz aldım? Yox. Həzz alsaydım, o insana ərə gedərdim. O, təbii ki, həbsə girməmək üçün mənimlə evlənəcək. Bəs mən bunu qəbul edə biləcəm? Mən ondan xoşlandığımı dedim? Mənim ürəyimdə başqası var. Tanımadığım şəxs belə bir şeyi necə edə bilər? Belə bir şeyi qəbul edə bilmərəm".
Qeyd edək ki, hakim "AK Parti" tərəfindən irəli sürülən təklif MHP və CHP-nin sərt etirazına səbəb olub. Təklif ilk səsvermədə qəbul edilib. TBMM-də açıq səsvermə tələbindən sonra yetərli 184 səsi ala bilməyən təklifə gələn həftə yenidən baxılacaq.