İngiltərənin Şropşir qraflığındakı Telford şəhərində ənənəvi "National Poultry Show" başlanıb.
Unikal.org "The Sun"a istinadən bildirimr ki, bu quşçuluq sərgisində ölkədəki fermer təsərrüfatlarında bəslənən ən yaxşı ev quşları nümayiş olunur.
7 mindən artıq ev quşunun göstərildiyi sərgini ingilislər "xoruz və toyuq sərgisi" adlandırırlar.
"Qalib"lər sabah müəyyənləşdiriləcək.
Sərgini 1877-ci ildə yaradılmış "The Poultry Club of Great Britain" keçirir.


