Azərbaycan şou-biznesində plastik əməliyyat etdirən müğənnilər çoxdur. Ancaq bunu etiraf edənlər elə də çox deyil.

Unikal.org  şou-biznesdə gözəlləşmək üçün bıçaq altına yatan müğənnilərin siyahısını təqdim edir:

Plastik cərrahiyə əməliyyatları hələ keçmiş dövrlərdən qadınlar üçün ən aktual məsələlərdən biri olub. Azərbaycanda ilk dəfə burnunda əməliyyat keçirmiş sənətçi Əminə Yusifqızı olub. Əminə xanımdan sonra hələ sovetlər dönəmində bu riskli addımı xalq artisti Flora Kərimova atıb. Hər iki xanım əməliyyatlarını Gürcüstanda etdirib.

Xalq artisti Brilliant Dadaşova da Azərbaycan şou-biznesində plastik əməliyyat keçirən müğənnilərdən hesab olunur. Məlumata görə, müğənni dodaqlarında və bədənin bir neçə yerində plastik əməliyyat etdirib. Onu Türkiyənin Superstarı Ajda Pekkanın həkiminin əməliyyat etdiyi bildirilir. Müqayisə üçün ifaçının arxivdə olan şəkillərinə baxmaq kifayət edir.

Xalq artisti Məleykə Əsədova da plastik əməliyyat etdirib, ancaq B.Dadaşova kimi o da bunu etiraf etmir. Özü bunu gizlətsə də, həkimlərin əməyinin bəhrəsi onun burnunda, dodağında və üz dərisində hiss olunur.

Sənubər İsgəndərli də "botoks üsulu ilə üzündə və dodağında dəyişikliklər etdirib.

Plastik cərrahiyyə əməliyyatı ilə öyünənlər də az deyil. İlk sırada müğənni Rəqsanə İsmayılovanı göstərmək olar. Bədəninin müxtəlif yerlərində 10 dəfədən artıq əməliyyat keçirib. O, bunu mətbuatdan gizlətməyib. Lazım gələrsə, yenə edəcəyini söyləyir.

Azərbaycan şou-biznesində ən çox plastik əməliyyat keçirən müğənnin kim olduğunu düşünsək, heç şübhəsiz, ilk olaraq ağla xalq artisti Aygün Kazımova gələcək. O, saysız-hesabsız əməliyyat keçirib. Lakin bir çox həmkarlarından fərqli bunu mediadan gizlətməyib. A.Kazımova Azərbaycanda yeganə müğənnidir ki, əməliyyat etdirərkən klip də çəkdirib. "Tez gəl adlı mahnısına çəkilmiş klip plastik əməliyyat zamanı lentə alınıb. A.Kazımova ən çox dodaqlarında əməliyyat etdirib. Sonuncu əməliyyatı isə burnunda olub.

Xalq artisti Nisə Qasımova da plastik əməliyyat etdirən müğənnilərdəndir. O, üzündə etdirdiyi 1-ci əməliyyatı mediadan gizli saxlamayıb. Lakin bir neçə ay öncə üzünə vurdurduğu geli mediadan gizli saxlayıb. Səbəbsə əməliyyatın uğursuz olmasıdır.

Əməliyyat keçirənlər arasında Zöhrə Abdullayeva da var. Müğənni bir neçə müddət öncə üz dərisini dartdırıb, qarnını, ayaqlarının yuxarı hissəsini liposaksiya etdirib. Bu, müğənninin keçirdiyi ilk əməliyyat deyil. Vaxtilə Zöhrə xanım burnunun formasını da dəyişib.

Gözəllik üçün atılan addım bəzən həyat bahasına başa gəlir. Mərhum müğənni Reyhan Müslümova da məhz plastik cərrahiyyə əməliyyatı zamanı dünyasını dəyişənlərdəndir. Şəkərli diabet xəstəliyindən əziyyət çəkən müğənni artıq piylərdən azad olmaq məqsədi ilə liposaksiya etdirərkən, dünyasını dəyişmişdi.

Plastik əməliyyatlardan sonra yeni görünüşlərindən narazı qalan məşhurlarımız da az deyil. Müğənni Röya Ayxan burnunda keçirdiyi əməliyyatın uğursuz olduğunu dəfələrlə mətbuata açıqlayıb. O, yenidən burnunu əməliyyat etdirəcəyini deyib. Bundan əlavə o, dodağına bir neçə il öncə gel vurdurub. Amma bunu etiraf etmir. Hətta aylar öncə sosial şəbəkədəki səhifəsində bu barədə yazmışdı.

Burnunu əməliyyat etdirən müğənnilər sırasında Almaz Ələsgərli, Rəhim Rəhimli, Nadir QafarzadəXatirə İslam da var. Onlar keçirdikləri bu əməliyyatları mediadan gizlətməyiblər. Ən çox müzakirə olunan Nadir Qafarzadə olsa da, o, bəzi həmkarlarından açıq sözlülüyü ilə seçilib: "Bəli, mən sənət adamıyam. Lazım gəlsə, yenə etdirəcəyəm. Bu mənim şəxsi işimdir. Bunda heç bir qəbahət yoxdur.

Xalq artisti Faiq Ağayev də plastik əməliyyat etdirənlər sırasındadır. Lakin o, bunu heç zaman etiraf etməyib. Sənətçi gözlərində etdiyi əməliyyatı isə etiraf edib.

Saçı tökülmüş kişi müğənnilər arasında saç əkdirən müğənnilər də var. Bu prosedurdan Cavanşir Məmmədov, Vasif Məhərrəmli, Elariz Məmmədoğlu yararlanıblar.

Səmimiliyi ilə bəzi həmkarlarından seçilən Samir Bağırov isə heç zaman əməliyyat olunmasını mediadan gizlətməyib. O, üzündə, bədənin bir neçə yerində əməliyyat keçirib.

Müğənni Könül Kərimova, Mətanət Əsədova, Nazənin, Rühəngiz Allahverdiyeva da plastik əməliyyat etdirən müğənnilərdən olsa da, onlar bunu etiraf etmirlər.

Əməkdar artist Nüşabə Ələsgərli də üzündə, göz ətraflarında əməliyyat keçirib. Lakin o, bunu mediadan gizlətməyib.

Çəkilərini azaltmaq üçün əməliyyat masasına əyləşən məşhurlarımız da az deyil. Onlardan biri də "Toppuş bacı ləqəbi ilə tanıdığımız Tünzalə Əliyevadır. O, bir neçə dəfə bu prosedurdan istifadə edib. Özü də bunu mediadan gizlətməyib.

Günel Ələkbərova, Oksana Rəsulova, Amaliya Pənahova, Azəri Günel, Firuzə İbadova, Mətanət Əsədova, Mətanət İsgəndərli də əməliyyatlarını gizlədən məşhurlardandır.

Əməliyyat masasına əyləşən teleaparıcılarımız da az deyil. Nanə Ağamaliyeva, Afaq Gəncəli, Elnarə Təhməzova, Ulvira Qarayeva da üzlərində müəyyən dəyişiklik etdiriblər.