Əfqanıstanda məscidə hücum nəticəsində azı 27 nəfər ölüb, 35 nəfər yaralanıb.
Unikal.org report-a istinadən xəbər verir ki, hücum ölkə paytaxtı Kabilin Çahar Qala rayonunda baş verib.
Terrorçu-kamikadze özünü məscidin içində partladıb.
Ölənlər arasında uşaqların da olduğu bildirilir.