Müğənni Nadir Qafarzadə ilə Rusiyanın "Aeroflot şirkətinin əməkdaşı arasında insident baş verib.
Unikal.org-un məlumatına görə, hadisənin şahidləri qafqazinfo-ya bildirib ki, sənətçi bir həftə əvvəl Moskva-Bakı səfəri zamanı stüardessa ilə mübahisə edib.
Mübahisəyə səbəb isə Nadirin əlavə spirtli içki istəməsi olub. Şirkət əməkdaşı isə bunun üçün müğənninin ödəniş etməli olduğunu qeyd edib. Bundan sonra sənətçi əsəbiləşərək stüardessanı təhqir edib. Hər iki şəxs arasında mübahisə yaranıb.
"Aeroflot nümayəndəsi isə aidiyyatı orqanlara müraciət edib. Şikayətçi iddia edib ki, Nadir, mübahisə zamanı onu telefonla videoya çəkib.
Məsələ ilə bağlı N. Qafarzadə ilə əlaqə saxlanıb. İfaçı yayılan xəbəri təkzib edib.