Tanınmış azərbaycanlı model Günay Musayeva keçmiş həyat yoldaşı Tolqa Kareli oğlu Cahangirə maddi kömək etməməkdə günahlandıraraq ünvanına ağır sözlər deyib.
Unikal.org türkiyə mətbuatına istinadən bildirir ki, model bildirib ki, Tolqa Karelin ana və atası da öz nəvələriylə maraqlanmırlar:
" Nəvələri ilə maraqlanmırlar. Tolqa da uşağına kömək etmir, gəlib görmür. O belə atadır. Deyirlər ki, instagramdan gördükləri onlara bəs edir. O zaman onlar instagramdan görməyə davam etsinlər !".
Qeyd edək ki, bu yaxınlarda yenidən ailə həyatı quran Tolqa Karel hazırda həyat yoldaşıyla birlikdə ABŞ-da yaşayır.